"Sanofi"nin Azərbaycan üzrə rəhbəri dəyişib

"Sanofi"nin Azərbaycan üzrə rəhbəri dəyişib
# 29 mart 2016 08:43 (UTC +04:00)

Bakı - APA-Economics. Əczaçılıq sahəsində ixtisaslaşan dünyaca məşhur "Sanofi" şirkətinin Mərkəzi Asiya nümayəndəliyinin ("Sanofi Central Asia") İdarə Heyətinə yeni sədr təyin olunub.

"APA-Economics" xəbər verir ki, bu vəzifəyə Ranqa Velaratne gətirilib. O Frank Xamalyanı əvəzləyib.

Qeyd edək ki, "Sanofi Central Asia" şirkətinin qərargahı Qazaxıstanın paytaxtı Astanada yerləşir. Nümayəndəliyin xidmət dairəsinə ümumilikdə 86 mln. nəfər əhalisi olan 8 ölkə (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Ermənistan) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR