AXCP sədrinin həbsdə olan müşavirinin barəsində olan hökmdən apellyasiya şikayəti verilib

 AXCP sədrinin həbsdə olan müşavirinin barəsində olan hökmdən apellyasiya şikayəti verilib
# 05 oktyabr 2015 14:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin barəsində olan məhkəmə qərarında apellyasiya şikayəti verilib.

Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, apellyasiya şikayəti bu gün məhkəməyə təqdim olunub.


Qeyd edək ki, M. İbrahim Mikayıl Quliyev adlı şəxsin şikayəti əsasında həbs olunub. M. Quliyev M. İbrahim tərəfindən döyüldüyünü iddia edərək 18-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Bundan sonra M. İbrahim barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb.

Nərimanov rayon Məhkəməsində M. İbrahimin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın qanunsuz hesab olunması istənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR