Bakıda mağazadan oğurluq cəhdinin qarşısı alınıb

Bakıda mağazadan oğurluq cəhdinin qarşısı alınıb
# 12 noyabr 2015 07:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda oğurluq cəhdinin qarşısı alınıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 11-də gecə saatlarında Yevlax rayon sakini, 1998-ci il təvəllüdlü Sirac Bəkirov Bakı şəhər sakini Ədalət Qasımova məxsus S.S.Axundov küçəsində yerləşən mühafizə olunan mağazadan oğurluğa cəhd edərkən cinayət başında tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR