Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub
# 18 sentyabr 2015 19:07 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat xidməti açıqlama yayıb.

Məlumata əsasən, nazirlər Suriyadakı vəziyyəti müzakirə ediblər, ölkədə silahlı münaqişənin nizamlama yolları və İŞİD-lə mübarizə ilə bağlı dialoqu davam etdirəcəklərini vurğulayıblar.

Nazirlər arasında söhbət 50 dəqiqə davam edib. Bu, Rusiya və ABŞ müdafiə nazirləri arasında 2014-cü ilin avqustundan bəri ilk danışıq olub. O zaman Şoyqu Karterdən əvvəl Pentaqon rəhbəri olmuş Çak Heyqellə danışıqlar aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR