Bakıda dələduzluq maddəsi ilə axtarışda olan 3 nəfər tutulub

Bakıda dələduzluq maddəsi ilə axtarışda olan 3 nəfər tutulub
# 10 noyabr 2015 09:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda dələduzluq etdiyinə görə axtarışa verilən 3 nəfər həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxt polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanlar - 1982-ci il təvəllüdlü Elxan Əliyev, 1989-cu il təvəllüdlü Nəbi Osmanov və 1954-cü il təvəllüdlü Zərxanım Məmmədova tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR