Tovuz. Azər Məmmədlıi - APA. Tovuz rayonunda sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Azaflı kəndi ərazisində qeydə alınıb. Yolun buz bağlaması nəticəsində idarəetmədən çıxan “VAZ-2107” markalı avtomobil yolun kənarında olan maneəyə çırpılıb. Qəza zamanı maşında olan sərnişin, 1993-cü il təvəllüdlü Nərmin Faiq qızı Zeynalova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.