Yeni Kaledoniyada baş verən iğtişaşlar nəticəsində ölkəyə dəyən ziyan 200 milyon avro olaraq qiymətləndirilir.
APA xəbər verir ki, bu barədə "BFM TV" məlumat yayıb.
Məlumata görə, baş verən hadisələrdə 3 polis güllə yarası ilə xəstəxanaya aparılıb.
Onların vəziyyəti ilə bağlı təfərrüatlar yoxdur.
***
13:10
Baş verən kütləvi iğtişaşlar Yeni Kaledoniyaya ümumilikdə 150 milyon avro ziyan vurub.
APA-nın məlumatına görə, bu barədə Yeni Kaledoniyanın Cənub əyalətinin başçısı Sonya Bakes bildirib.
Onun sözlərinə görə, hazırda hökumət bununla bağlı daha ətraflı araşdırma apardığından sözügedən məbləğin artacağı istisna edilmir.
Qeyd edək ki, bir qədər əvvəl Fransa parlamenti seçkidə iştirak hüququnun Yeni Kaledoniya ərazisində 10 ildən artıq müddətdə yaşayan şəxslərə verilməsi barədə qanun qəbul edib.
Bu addım bölgədə kütləvi etirazlara səbəb olub.