AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
# 17 may 2024 09:38 (UTC +04:00)

17 may 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, təklif həm bir tərəfə, həm də hər iki istiqamətdə aviabiletlər üçün keçərlidir.

Bakıdan Pekinə aviabiletlərin qiyməti:
* Bir tərəfə — 235 ABŞ dollarından;
* Gediş-dönüş — 391 ABŞ dollarından;

Pekindən Bakıya aviabiletlərin qiyməti:
* Bir tərəfə — 214 ABŞ dollarından;
* Gediş-dönüş — 398 ABŞ dollarından başlayır.

Qeyd edək ki, endirimli qiymətlər yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 2024-cü il mayın 31-nə kimi həyata keçirəcəyi reyslərinə şamil olunur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Pekində Böyük Çin səddinə ziyarət və Saray Muzeyində gəzintidən, ənənəvi Çin mətbəxinin dadı və məşhur bazarlarda alış-verişdən zövq ala bilərsiniz. Xüsusi qiymətlərlə Pekinə səyahət etmək fürsətini qaçırmayın!

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR