Göygöldə avtomobil aşıb, xəsarət alan var

Göygöldə avtomobil aşıb, xəsarət alan var
# 02 mart 2016 12:34 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Göygöl rayonunda sürücünün xəsarət alması nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərindəki Avtovağzalın yaxınlığında qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü Elvin Abbasov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR