Rauf Mirqədirovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Rauf Mirqədirovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
# 13 oktyabr 2015 15:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Vəkil Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR