ABŞ və Kuba arasında birbaşa hava əlaqəsinin bərpasına dair saziş imzalanıb

ABŞ və Kuba arasında birbaşa hava əlaqəsinin bərpasına dair saziş imzalanıb
# 17 fevral 2016 01:25 (UTC +04:00)

Bakı-APA. ABŞ və Kuba arasında birbaşa hava əlaqəsinin bərpa olunmasına dair saziş imzalanıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Nəqliyyat Nazirliyinin saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, bu qərar iki ölkə arasında aviadaşımalardan əldə olunan gəlirin artırılmasına yardım edəcək.

Qeyd edək ki, bundan əvvəl iki ölkə arasında yalnız çarter uçuşlar həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR