Əfqanıstan-Pakistan sərhədində baş verən zəlzələ nəticəsində 41 nəfər xəsarət alıb

Əfqanıstan-Pakistan sərhədində baş verən zəlzələ nəticəsində 41 nəfər xəsarət alıb
# 26 dekabr 2015 00:03 (UTC +04:00)

Bakı-APA. Əfqanıstan-Pakistan sərhədində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanlar var.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, tək Pakistanın Pişəvar şəhərində azı 41 nəfər xəstəxanalara yerləşdirilib.

Yerli vaxtla saat 23:44-də Əfqanıstanın Bədaxşan əyalətində 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Pakistan, Tacikistan və Hindistanda hiss olunub.

Xatırladaq ki, oktyabrda Əfqanıstanda 7,5 bal gücündə baş vermiş zəlzələ nəticəsində 115 nəfər ölüb, 540 nəfər yaralanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR