Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib
# 12 yanvar 2016 15:43 (UTC +04:00)

Bakı - APA. Yanvarın 11-də Londonda Azərbaycanla Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, danışıqlar zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib. Yekunda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2016/2017-ci maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı" imzalanıb.

İllik əməkdaşlıq Planı əsasən təlim-təhsil sahəsindəki ikitərəfli fəaliyyətləri, o cümlədən dil hazırlığı, zabitlərin təkmilləşdirmə kursları və sülhməramlı əməliyyatlara hazırlıq üzrə treninqlər daxil olmaqla Azərbaycanda və Böyük Britaniyada təşkil olunacaq 17 müxtəlif tədbirin icrasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR