BMT: Donbasda dinc əhali arasında ölən və yaralananların sayı artmaqdadır

BMT: Donbasda dinc əhali arasında ölən və yaralananların sayı artmaqdadır
# 11 avqust 2016 03:12 (UTC +04:00)

Bakı - APA. İyul ayında Ukraynanın Donbas bölgəsində baş verən münaqişə nəticəsində 8 dinc sakin ölüb, 65-i xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə BMT Humanitar məsələlər üzrə koordinasiya İdarəsinin yaydığı bəyanatda deyilir.

“İyul ayında Ukraynanın cənub-şərqində dinc əhali arasında zərərçəkənlərin sayı 73 nəfər təşkil edib, 8 nəfər ölüb, 65-i yaralanıb. Müqayisə üçün bildiririk ki, 2015-ci ilin sentyabrından 2016-cı ilin may ayınadək zərərçəkənlərin sayı orta hesabla 34 nəfər təşkil edib. Ümumilikdə, 2014-cü ilin aprelindən Donbasda 9 553 nəfər həlak olub, 22 mini yaralanıb, 1 milyondan artıq insan evini tərk etmək məcburiyyətində qalıb”, hesabatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR