DSX Akademiyasında kursantların andiçmə mərasimi keçirilib

DSX Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
# 19 oktyabr 2015 08:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Oktyabrın 18-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında kursantların andiçmə mərasimi keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, hərbi andı qəbul etmələri münasibətilə DSX rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2010-cu ilin avqust ayının 10-da akademiya kompleksinin açılış mərasimində iştirak etməsinin qürur hissi ilə xatırlandığı mərasimdə qeyd olunub ki, vətənə sədaqət andı içən kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün akademiyada bütün şərait yaradılmış, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyət formalaşıb. Akademiyanın zabit-gizir, professor-müəllim heyəti gənc kursantların vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün bütün bilik, təcrübə və bacarıqlarını sərf edirlər.

Gənc kursantlar adından çıxış edənlər hərbi biliklərə dərindən yiyə­lə­nə­cək­lə­ri­nə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına söz veriblər.

Tədbirdə çıxış edən valideynlər övladlarının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları ilə fəxr etdiklərini bildirib, gənc kursantlara dövlə­timizə və xalqımıza sadiq, mətin, mərd və qürurlu zabit kimi yetişərək vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR