"Muravey"i traktora vuran şəxs ölüb

"Muravey"i traktora vuran şəxs ölüb
# 16 noyabr 2015 10:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 15-də saat 20 radələrində Beyləqan rayonunun Mil qəsəbəsində qəsəbə sakini Zəfər Əbdülrəhmanlı idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “Muravey” markalı motosikleti yolun kənarında olan traktor qoşqusuna vurub. Nəticədə o, hadisə yerində ölüb.

Beyləqan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR