Kukla Teatrının direktoru beynəlxalq festivalda iştirak edəcək

Kukla Teatrının direktoru beynəlxalq festivalda iştirak edəcək
# 22 yanvar 2016 15:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində baş tutacaq VII Monodram Tamaşalar Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival 19-29 fevral tarixlərində baş tutacaq.

Festival 2003-cü ildən keçirilir. İki ildən bir baş tutan sənət bayramında dünyanın müxtəlif ölkələrindən teatrlar və teatr mütəxəssisləri, teatrşünaslar və sənətkarlar iştirak edirlər. Tədbir çərçivəsində tamaşaların nümayişi və mükafatlandırılması ilə yanaşı seminarlar, forumlar, kitab təqdimatları və konsertlər təşkil olunur.

Ötən əsrin 90-cı illərinin sonlarından yaranan festival ideyasının əsas məqsədi ərəb dünyasında o qədər də tanınmayan monodrama diqqət çəkmək və onu bir sənət növü kimi daha da inkişaf etdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR