Səhiyyə Nazirliyi: Bakıda 2 qadının doğuş vaxtı ölməsi faktı araşdırılır

Səhiyyə Nazirliyi: Bakıda 2 qadının doğuş vaxtı ölməsi faktı araşdırılır
# 06 yanvar 2016 13:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Bütün ana ölümü faktları kimi bu yaxınlarda Bakıda 2 qadının doğuş vaxtı ölməsi faktı da Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılır”. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin Doğuşayardım Komissiyanın rəyi ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, bu yaxınlarda Bakıda doğuş vaxtı ana və körpə ölümləri baş verib.

Hadisələrdən biri Bakı Sağlamlıq Mərkəzində qeydə alınıb. Mərkəzdə təbii doğuş həyata keçirən 1984-cü il təvəllüdlü Ağayeva Günay Məmmədağa qızının vəziyyəti pisləşdiyindən həkimlər qadının qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirməsini məsləhət görüb. Əməliyyat zamanı əvvəlcə uşaq, daha sonra isə qadın dünyasını dəyişib.

Oxşar hadisə yanvarın 2-də Respublika Klinik Xəstəxanasında baş verib. 1993-cü ildə Goranboyda anadan olan və Gəncədə qeydiyyata düşmüş Abbasova Ülviyyə Elçin qızı qeysəriyyə əməliyyatı zamanı vəfat edib.

Məlumata görə, Ü.Abbasova bir müddət imiş ki, xəstəxanada müalicə olunurmuş. Qadının hamiləliyinin 35-36-cı həftəsində əməliyyatla ölü döl doğulub. Daha sonra 23 yaşlı qadının halı daha da pisləşib və onu xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR