Kaxa Kaladze: "Qazprom"la danışıqlarımız SOCAR-ın da marağındadır"

Kaxa Kaladze: "Qazprom"la danışıqlarımız SOCAR-ın da marağındadır"
# 25 yanvar 2016 06:25 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. "Gürcüstan hökuməti hələlik Rusiyanın "Qazprom" şirkəti ilə razılığa gələ bilməyib. Yaxın günlərdə "Qazprom" rəsmiləri ilə növbəti görüşümüz baş tutacaq. Düşünürəm ki, biz yekun razılığa gələ biləcəyik".

Bunu APA-nın Gürcüstan bürosuna bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, "Qazprom" ilə aparılan danışıqlar və əldə olunacaq nəticə Gürcüstan-Azərbaycan münasibətlərinə mənfi təsir etməyəcək: "Azərbaycan bizim strateji tərəfdaşımız olaraq qalacaq. Mən hər zaman bunu demişəm. Bizim "Qazprom"la danışıqlarımız həm də SOCAR-ın marağındadır, çünki bizim yanacaq balansımız var. Biz çox həcmdə qazdan istifadə edirik. SOCAR-ın isə texniki problemləri var. SOCAR Gürcüstanın qaza olan tələbatını ödəyə bilmir. Lakin gələcəkdə yatırılan investisiyalar nəticəsində SOCAR bu problemi aradan qaldıracaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR