İraqın Ərbil şəhərində baş verən yanğında 17 nəfər ölüb

İraqın Ərbil şəhərində baş verən yanğında 17 nəfər ölüb
# 06 fevral 2016 08:35 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İraq Kürdüstanının paytaxtı Ərbil şəhərindəki mehmanxanada baş verən yanğın nəticəsində 17 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

APA-nın “Sinxua” agenliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli qubernator bildirib. O deyib ki, yanğın mehmanxana binasının daxilində baş verib. Ölən 17 nəfərdən əksəriyyətinin Filippindən olduğu deyilir.

Hazırda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR