Tacikistanda Abdulhalim Nazarzodanın öldürüldüyü barədə məlumat yayılıb

Tacikistanda Abdulhalim Nazarzodanın öldürüldüyü barədə məlumat yayılıb
# 11 sentyabr 2015 23:16 (UTC +04:00)

Bakı-APA. Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzoda sentyabrın 11-də antiterror əməliyyatı zamanı Romit dərəsi adlandırılan ərazidə öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə “Asiya plyus” agentliyinə hərbi mənbələr bildirib.

Məlumata əsasən, yaxın saatlarda hadisə ilə əlaqədar rəsmi açıqlama veriləcək.

Bununla belə, Tacikistan DİN-i və Milli Təhlükəsizlik Komitəsində faktı təsdiqləməyiblər.

Qeyd edək ki, Abdulhalim Nazarzoda sentyabrın 4-də Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinin mərkəzi aparatına hücumların təşkil olunmasında ittiham olunur.

Tacikistanın güc strukturlarının həyata keçirdiyi əməliyyat zamanı generalın 100-dən çox tərəfdarı saxlanılıb, xeyli sayda silah sursat müsadirə edilib. 21 silahlının məhv edildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR