Ərdoğan Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif edib

Ərdoğan Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif edib
# 26 noyabr 2015 19:59 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif etdiyini, lakin Rusiya tərəfinin hələlik cavab vermədiyini bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ərdoğan bu barədə Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.

“Mən Vladimir Putinlə noyabrın 30-da Parisdə görüşün keçirilməsinə dair sorğu verdim, lakin hələ cavab almamışam”, deyə Ərdoğan bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Parisdə keçiriləcək iqlim sammitində Putin və Ərdoğan arasında ayrıca görüşün nəzərdə tutulmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR