Bakı sakini bir sillə ilə tanışını öldürüb

Bakı sakini bir sillə ilə tanışını öldürüb
# 16 mart 2016 08:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölüm hadisəsi baş verib.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Aslan İsmayılova yaşadığı evdə tanışı Elvin Əliyev sillə ilə vurub. Nəticədə A.İsmayılov yıxılaraq ölüb.

E.Əliyev könüllü olaraq hadisə barədə polisə məlumat verib. O, hələlik həbs edilməyib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR