Avropa ParlamentinİN deputatı: “Gəlin, Azərbaycandan üzr istəyək”

Avropa ParlamentinİN deputatı: “Gəlin, Azərbaycandan üzr istəyək”
# 16 mart 2016 08:29 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ""Şərq tərəfdaşlığı" məntiqi olaraq çıxmaz vəziyyətə düşüb”.

APA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin “rubaltic.ru” analitik portalına müsahibəsində deyib. O bildirib ki, "Şərq tərəfdaşlığı"nda iştirak edən 3 ölkə - Ermənistan, Azərbaycan və Belarus Avropa İttifaqının ancaq dünyada sülhlə bağlı çağırışlarını dəstəkləməyə hazır olduqlarını söyləyib: “Azərbaycanı incitdiyimiz üçün o, bizimlə parlamentlərarası əlaqələr çərçivəsində bütün əməkdaşlığı dayandırıb. Ukrayna, Gürcüstan, Moldova daxil olmaqla, üç ölkə Aİ ilə assosiasiya sazişi imzaladılar və bundan sonra "Şərq tərəfdaşlığı" məntiqi olaraq çıxmaz vəziyyətə düşdü”.

Yeni proqram hazırlanmalı olduğunu söyləyən deputat ilk növbədə Azərbaycanla münasibətlərin düzəldilməsinin vacib olduğunu nəzərə çatdırıb: “Birincisi, gəlin, Azərbaycandan üzr istəyək. Belə deyək, Azərbaycanın insan haqları, media azadlığı ilə problemləri ola bilər, lakin biz Avroparlament olaraq bu informasiyanı Bakıya təhqiramiz formada çatdırdıq. Azərbaycan üçün yeni nəsə fikirləşmək lazımdır. Avropa İttifaqı üçün Azərbaycan nə deməkdir? Təkcə ucuz qaz mənbəyidir?Yoxsa, biz hələ də hesab edirik ki, Azərbaycan Cənubi Qafqazdakı böyük, vacib aktordur və biz bu ölkəyə terrorizmlə mübarizədə və s. məsələlərdə etibar edirik? Sadəcə, biz Avropa İttifaqı ölkələri "Şərq tərəfdaşlığı"na daxil olan ölkələrdən nə istədiyimizi müəyyənləşdirə bilmirik. “Şərq tərəfdaşlığı”nın hazırki formasında biz postsovet ölkələrinə nə isə verə bilmirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR