Bu il ərzində “Petlim”ə yatırılan investisiyanın həcmi açıqlanıb

Bu il ərzində “Petlim”ə yatırılan investisiyanın həcmi açıqlanıb
# 12 avqust 2016 08:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu il ərzində SOCAR-ın Türkiyədəki əsas aktivlərindən biri olan Petkim Konteyner Limanında ("Petlim") yatırılan investisiyanın həcmi açıqlanıb.

"APA-Economics"in məlumatına görə, "Petkim"in 2016-cı ilin yanvar-iyun ayları üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub ki, bu ilin 6 ayında "Petlim"də tikinti işləri ilə bağlı 104 mln. 766 min 961 türk lirəsi, başqa sözlə 56 mln. 972 min 273 manat investisiya yatırılıb.

Qeyd edək ki, üç ilə yaxındır tikintisi davam edən Petkim Konteyner Limanın bu ilin sentyabr ayında istismara verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR