İtaliyada iki gün ərzində 2418 miqrant xilas edilib

İtaliyada iki gün ərzində 2418 miqrant xilas edilib
# 17 mart 2016 01:35 (UTC +04:00)

Bakı-APA. Son iki gün ərzində Sicilya boğazında 2418 miqrantı xilas edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, sayca 12 əməliyyat nəticəsində İtaliya sahil mühafizəçiləri, ölkənin hərbi-dəniz qüvvələri və Norveç gəmisi əvvəl 1467, sonra isə 951 miqrantı xilas edib.

Əməliyyatlar zamanı 3 nəfərin meyiti sudan çıxarılıb. Onların vətəndaşlığı barədə məlumat verilmir.

“Frontex” agentliyinin hesablamalarına əsasən, 2015-ci ildə Avropa İttifaqı ölkələrinə 1 milyon 800 min miqrant daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR