SKMF Ağcabədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

SKMF Ağcabədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
# 13 oktyabr 2015 07:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağcabədi rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, SKMF oktyabrın 8-də Ağcabədi rayonunun Təzəkənd kəndində işgüzar forum keçirib.

Sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in, cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, həmçinin meyvə-tərəvəz emalı, ketçup, mayonez və xardal sousu, pendir istehsalı, meyvəqurutma və üzlük daşların istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR