Bacısını öldürən gəncin məhkəməsi başlayıb

Bacısını öldürən gəncin məhkəməsi başlayıb
# 16 sentyabr 2016 09:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını öldürüb, əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən Səyid Mirəli Cavadovun cinayət işi üzrə məhkəmə başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 22-ə təyin edilib.

Qeyd edək ki, bu ilin aprelində Bakının Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü S. Cavadov bacısı, 1987-ci il təvəllüdlü İzzət Cavadovaya 22 bıçaq xəsarəti ilə öldürüb, onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadova isə xəsarət yetirib. Təqsirləndirilən şəxs hadisəni qısqanclıq zəminində törətdiyini deyib. İ. Cavadova ərindən boşanmaq istəyib. Cinayət hadisəsindən bir neçə gün əvvəl İ. Cavadova evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünsələr də, bir həftə sonra qadın yenidən həyat yoldaşının yanına qayıdıb.

Ş. Cavadov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR