Akif Əlizadə ilk dəfə AMEA magistraturasına qəbul olan magistrlərlə görüşüb

Akif Əlizadə ilk dəfə AMEA magistraturasına qəbul olan magistrlərlə görüşüb
# 15 sentyabr 2015 08:02 (UTC +04:00)

APA-nın məlumatına görə, A. Əlizadə bildirib ki, ilk dəfədir, 19 nəfər AMEA-nın magistraturasına qəbul edilib, onlardan 1 nəfər – Qurban Qurbanov hazırda hərbi xidmətdədir.

A. Əlizadə deyib ki, bu gün magistrlərin simasında AMEA-nın gələcəyini görürlər: “Biz bu il AMEA-nın magistraturasına qəbulu bir eksperiment kimi keçirdik. AMEA-nın 35-dən çox elmi-tədqiqat institutu var. AMEA-da təhsillə elmin vəhdətini yaratmaq üçün ilk mərhələdə 7 institut üzrə magistraturaya qəbul keçirdik. İnanırıq ki, eksperiment yüksək nəticə verəcək və bu proses davam edəcək. Gələn il riyaziyyat, kimya üzrə də magistraturaya qəbul keçirəcəyik. Məsələn, Neft və Kimya İnstitutuna qəbul keçirməyi planlaşdırırıq. İnanırıq ki, siz AMEA-nın gələcək alim ordusunun özəyisiniz. Biz bir dəfə BP ilə razılığa gəldik ki, AMEA-da magistratura yaradaq, alınmadı. Ancaq dama-dama göl olar, indi AMEA-da magistratura yaradılıb. Magistrlərə bir tövsiyəm də var, ingilis və rus dillərini öyrənin. Bu, sizə elmi nailiyyətlərlə tanış olmaqda böyük yardımçı olacaq”.

Daha sonra AMEA prezidenti magistrlərlə tələbə bileti təqdim edib, hər birinə noutbook hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR