İstanbulda sərnişin avtobusuna “molotov kokteyli” atılıb

İstanbulda sərnişin avtobusuna “molotov kokteyli” atılıb
# 17 sentyabr 2015 04:01 (UTC +04:00)

Bakı-APA. İstanbulda maskalı şəxslər bələdiyyə avtobusuna hücum edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, avtobus dayanacağında 3 nəfər maskalı şəxs Şişli-Yenikapı marşrutu ilə hərəkət edən bələdiyyə avtobusunu saxlayıb.

Sərnişinləri yerə düşməyə məcbur edən naməlum şəxslər əvvəl avtobusun şüşələrini sındırıb, sonra isə salona “molotov kokteyli” ataraq qaçıblar.

İnsident nəticəsində zərərçəkən olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR