Rusiyanın Komi Respublikasının rəhbəri barəsində cinayət işi qaldırılıb

Rusiyanın Komi Respublikasının rəhbəri barəsində cinayət işi qaldırılıb
# 19 sentyabr 2015 13:21 (UTC +04:00)

Bakı - APA. Rusiya Federasiyasının Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzer barəsində cinayət işi qaldırılıb.

 

APA-nın TASS gentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

 

V. Markin bildirib ki, V. Qayzer onun müavini Aleksey Çernov, o cümlədən Aleksandr Zarubin və Valeriy Veselov adlı şəxslərdən ibarət cinayətkar dəstəyə rəhbərlik etməkdə şübhəli bilinir.

 

"Cinayətkar dəstənin məqsədi dövlət əmlakının cinayət yolu əldə edilməsi olub", - deyə V. Markin qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR