Çində məktəb avtobusu aşıb, 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb

Çində məktəb avtobusu aşıb, 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb
# 28 may 2016 03:08 (UTC +04:00)

Bakı-APA. Çinin Hubey əyalətində məktəb avtobusu aşıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 10-u xəsarət alıb.

İnsidentin İçan şəhəri yaxınlığında yerləşən Sandupin qəsəbəsində qeydə alındığı bildirilir. Avtobusda 12 məktəbli olub. Qəzanın baş vermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR