"Petkim"in rəhbərliyi martın sonundan yenidən formalaşdırılacaq

"Petkim"in rəhbərliyi martın sonundan yenidən formalaşdırılacaq
# 09 mart 2016 08:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Martın 28-də SOCAR-ın Türkiyədəki törəməsi olan "Petkim" şirkətinin Direktorlar Şurasının ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bu barədə qərar şirkətin İdarə Heyətinin martın 4-də keçirdiyi toplantıda qəbul edilib.


Məlumata əsasən, yığıncaqda İdarə Heyətinin 2015-ci il üzrə fəaliyyət, audit və maliyyə hesabatlarının müzakirəsi və təsdiq olunması, səlahiyyət müddəti başa çatmış İdarə Heyəti üzvlərinin təkrar seçilməsi və ya başqaları ilə əvəzlənməsi, şirkət tərəfindən əldə edilən gəlirlər barədə səhmdarlara məlumatın verilməsi, əldə edilən mənfəətin bölüşdürülməsi kimi məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR