Baş Narkotiklərlə Mübarizə İdarəsində kadr dəyişikliyi olub

Baş Narkotiklərlə Mübarizə İdarəsində kadr dəyişikliyi olub
# 29 fevral 2016 07:47 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi və rəis müavini vəzifələrindən azad ediliblər.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, regional şöbənin rəisi polis polkovniki Anar Əkbərov və onun müavini polis polkovnik-leytenantı Rəfail İsmayılov vəzifələrindən azad ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR