Bakıda 3 avtomobil toqquşub, ölən var

Bakıda 3 avtomobil toqquşub, ölən var
# 30 noyabr 2015 11:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 29-da saat 07 radələrində Suraxanı rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Murad Hüseynovun idarə etdiyi “Hyundai”, Adil Hacıyevin idarə etdiyi “Hyundai” və Oğuz rayon sakini Asif Nəsirovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. İdarəetməni itirmiş M.Hüseynov yolun kənarında dayanmış paytaxt sakini Rövşən Nurəhmədovu vurub. Nəticədə R.Nurəhmədov hadisə yerində ölüb.

Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR