Argentina mətbuatında azərbaycanlı diplomatın məqaləsi dərc olunub

Argentina mətbuatında azərbaycanlı diplomatın məqaləsi dərc olunub
# 19 iyul 2016 17:38 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Argentina mətbuatında Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanovun müəllifliyi ilə “Azərbaycan Şərq ilə Qərb arasında mədəni körpüdür” başlıqlı məqalə dərc olunub.

APA-nın xəbərinə görə, R. Aslanov məqalədə qeyd edib ki, Azərbaycan dünya birliyi tərəfindən müxtəlif xalqların və dini icmaların nümayəndələrinin sülh şəraitində yaşadığı, müxtəlif sivilizasiyaların qovuşduğu nöqtədə yerləşən bir ölkə kimi tanınır: “Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkənin tolerantlıq prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratiya quran və 1919-cu ildə qadınlara seçki hüququ verən Azərbaycan bu gün bir çox ölkələr üçün müxtəlif etnik və dini mənsubiyyəti olan insanların sülh şəraitində birgə yaşaması modeli rolunu oynayır” .

Müəllif diqqətə çatdırıb ki, antik tikililər, tarixi abidələr, muzeylər, məscid və kilsələrin də daxil olduğu mədəni irsin mühüm hissəsi qonşu Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 ətraf rayonda məhv edilib:“Bundan fərqli olaraq, biz Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən erməni xalqının dini irsini mühafizə edirik. Hətta erməni kilsəsi bərpa olunub və tikildiyi yerdə qalmaqdadır. Lakin bizim işğal olunmuş ərazilərdəki məscidlərimiz ermənilər tərəfindən dağıdılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR