Asiya İnkişaf Bankı "Bakı-Sumqayıt Şəhərətrafı Dəmir Yolu Xidməti" layihəsinə maraq göstərir

Asiya İnkişaf Bankı "Bakı-Sumqayıt Şəhərətrafı Dəmir Yolu Xidməti" layihəsinə maraq göstərir
# 29 fevral 2016 08:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərsalma, nəqliyyat və su məsələləri üzrə mütəxəssis və məsul şəxslərinin iştirakı ilə “Bakı-Sumqayıt Şəhərətrafı Dəmir Yolu Xidməti” layihəsi barədə müzakirə edilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən komitənin sədr müavini Dövlətxan Dövlətxanov və komitənin aidiyyəti əməkdaşları iştirak ediblər.

D. Dövlətxanov komitənin şəhərsalma ilə bağlı istənilən layihənin müzakirəsində maraqlı olduğunu qeyd edib və layihə ilə bağlı mövcud normativ sənədlərə əməl olunmasını, dəmir yolu xəttindən normativ sanitar mühafizə zonasının saxlanmasının vacibliyini, həmçinin dəmir yolu ətrafındakı istifadəsiz torpaqlar ilə bağlı müvafiq təkliflərin verilməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR