"AXA Mbask" regionlarında sığorta təhsilinin təşkilinə və inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıb

"AXA Mbask" regionlarında sığorta təhsilinin təşkilinə və inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıb
# 08 fevral 2016 06:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Nailiyyətləri və inkişaf dinamikasını nəzərə alınaraq “AXA Mbask” sığorta şirkəti "Azərbaycanın regionlarında sığorta təhsilinin təşkilinə və inkişafına verdiyi töhfəyə görə" nominasiyasında “Azeri Business Award-2015” milli mükafatına layiq görülüb.

Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, “Azeri Business Award” milli mükafatı Azərbaycanın aparıcı işgüzar nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunub.

“Azeri Business Award” biznes sahəsində milli mükafatı ən yaxşı şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır və həmçinin ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. Mükafatın amalı namizəd şirkətlərə öz bizneslərini inkişaf etdirməkdə, Azərbaycanda və xarici bazarlarda nüfuzlarını və rəqabət qabiliyyətini artırmaqda yardım göstərməkdən ibarətdir. Mükafat yerli biznesin inkişafındakı ən mühüm tendensiyaları əks etdirir. Mükafat Azərbaycan bazarının milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Qaliblərin müəyyən edilməsində əsas amil namizədlərin biznesinin inkişaf templəridir.

Təqdimat mərasimində mükafatı qəbul edən “AXA Mbask” sığorta şirkəti İdarə Heyəti

sədrinin birinci müavini Lana Gözəlova bu etimada görə təşəkkürünü bildirib. O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR