Bakıda Azərbaycan, İran və Rusiya sərhəd qoşunları komandanlarının görüşü keçiriləcək

Bakıda Azərbaycan, İran və Rusiya sərhəd qoşunları komandanlarının görüşü keçiriləcək
# 07 mart 2016 12:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Sabah İranın sərhəd qoşunları komandanı, general Qasim Rzayi Azərbaycan səfər edəcək.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin dəvəti ilə reallaşacaq və 3 gün davam edəcək. Səfirlikdən bildiriblər ki, Q. Rzayi Bakıda ikitrərəfli görüşlər keçirəcək və Azərbaycan, Rusiya, İran sərhəd qoşunları komandanlarının üçtərəfli görüşünə qatılacaq.

Görüşlərdə sərhəd təhlükəsizliyi, narkotik qaçaqmalçılığına qarşı müştərək mübarizə, sərhədlərin qorunması və sair məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR