Lavrov: Suriya və İraqdakı böhranı islamdaxili qarşıdurma kimi qələmə vermək yolverilməzdir

Lavrov: Suriya və İraqdakı böhranı islamdaxili qarşıdurma kimi qələmə vermək yolverilməzdir
# 13 oktyabr 2015 22:00 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

“Həmkarlarımız bizə deməyə çalışırlar ki, Suriyada böhranın uzanmasının və hazırda sünniləri özünə maqnit kimi çəkən İŞİD-in yaranmasının səbəbi yalnız ondadır ki, guya ələvilər sünnilərə qarşı güc tətbiq edir, hakimiyyəti vermək istəmir. Bu (vəziyyəti izah etmək üçün) çox təhlükəli cəhdlərdir”, deyə Lavrov NTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Con Kerri və avropalı tərəfdaşlarla danışıqlarında münaqişəni islamdaxili qarşıdurma kimi qələmə vermək cəhdlərinin yolverilməz olduğunu qeyd edib.

“Biz hamımız terrorla mübarizə aparırıq – bunu prezident Putin də qeyd edib”, deyə Lavrov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR