AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb

AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb
# 11 noyabr 2015 06:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Əhməd Cavad Acarla görüşüb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Əhməd Cavad Acar səmimi münasibətə görə AMEA-nın prezidentinə təşəkkürünü bildirib və rəhbərlik etdiyi qurumla bağlı bəzi məlumatları diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, elmi-texnoloji əməkdaşlıq sahəsində möhkəm əlaqələr qurmaq üçün birgə simpozium, konfrans və müxtəlif tədbirlər təşkil etmək, kadr və təcrübə mübadiləsi aparmaq nəzərdə tutulur.

Memorandumda təcrübədən yararlanmağa cəlb olunan elm adamlarının araşdırmaları ilə fərqlənən alimlər sırasından seçilməsi və təcrübə mübadiləsinin Türkiyə və Azərbaycanda fəaliyyət göstərən elm mərkəzlərinin inkişafına töhfə verməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Müqaviləyə əsasən, tərəflər elmi və texnoloji siyasət sahəsindəki inkişaf, təşkil olunan tədbirlər, müxtəlif tipli elmi nəşr və informasiyalar barədə bir-birlərini qarşılıqlı məlumatlandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR