Biləsuvarda avtomobilindən qanunsuz ovlanmış xeyli çöl quşu aşkarlanıb

Biləsuvarda avtomobilindən qanunsuz ovlanmış xeyli çöl quşu aşkarlanıb
# 18 yanvar 2016 06:28 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Biləsuvar rayonunda avtomobilinin saxlanc yerində ovlanmış 179 baş qaşqaldaq və 12 baş çöl ördəyi olan şəxs saxlanılıb.

Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, saxlanılan şəxs Masallı rayonunun Boradigah qəsəbə sakini Tural Qasımovdur. O, çöl quşlarının hər birini 2 manata Saatlı, Sabirabad və Kürdəmir rayonlarından yaxın qohumunun toy məclisi üçün aldığını bildirib. Ovlanmış quşlar müsadirə olunub, onları əldə etmiş şəxs barəsində isə inzibati qaydada cəza tədbiri seçilib.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR