Bakıda qətl törətmiş şəxs cəzasının azaldılması üçün məhkəməyə müraciət edib

Bakıda qətl törətmiş şəxs cəzasının azaldılması üçün məhkəməyə müraciət edib
# 04 oktyabr 2016 07:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə- APA. Qətldə təqsirləndirilən Paşa Qələndərov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, P. Qələndərov barəsində olan cəzanın azaldılması haqqında apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə mürüciət edib. Şikayət üzrə məhkəmənin ilkin baxış iclası oktyabrın 5-nə təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P. Qələndərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın 21-də Bakıda tanınmış mağazalardan birinin meneceri Vüsal Xəlilov evində 27 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı onun həyat yoldaşı və iki azyaşlı övladı da evdə olub. Cinayət onların gözü önündə törədilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Paşa Qələndərov saxlanıb.

Hadisəni törədən şəxs V.Xəlilovun meneceri olduğu mağazanın anbardarı olub. Meneceri öldürülən mağaza Bakının böyük ticarət mərkəzlərindən birində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR