Donald Tusk: "Aİ qaçqınlarla bağlı layihələr üçün Türkiyəyə 1 mlrd avro ayıracaq"

Donald Tusk: "Aİ qaçqınlarla bağlı layihələr üçün Türkiyəyə 1 mlrd avro ayıracaq"
# 23 aprel 2016 22:05 (UTC +04:00)

Bakı-APA. "Avropa İttifaqı bu ilin yayında qaçqınlarla bağlı layihələrin icrası üçün Türkiyəyə 1 mlrd avro ayıracaq". APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Aİ Şurasının sədri Donald Tusk Qazıantepdə mətbuat konfransı zamanı bildirib.

“Aİ miqrasiya sazişinə əsasən, bu yay qaçqınlarla bağlı layihələr üçün Türkiyəyə 1 mlrd avro ayıracaq. Biz Türkiyə üzərindən Aİ-yə gələn qanunsuz miqrantların sayının azaldığını müşahidə edirik. Bu ölkə qaçqınların qəbulu məsələsində bütün dünya üçün örnək olub”, - deyə Tusk Merkel, Timmermans və Davudoğlu ilə birgə mətbuat konfransında bildirib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel, Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyası sədrinin müavini Frans Timmermans və Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin Suriya ilə həmsərhəd Qazıantep şəhərindəki suriyalı qaçqınların “Nizip-2” düşərgəsində olublar.

Merkel və Davudoğlu suriyalı uşaqlarla söhbət edib və düşərgədə yaradılan şəraitlə tanış olub. Nümayəndə heyətinin düşərgəyə səfəri mətbuat üçün qapalı rejimdə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR