Yunanıstan və İran energetika sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir

Yunanıstan və İran energetika sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir
# 02 fevral 2016 21:57 (UTC +04:00)

Bakı-APA. Yunanıstan hökuməti baş nazir Aleksis Siprasın 7-8 fevral tarixlərində İrana planlaşdırılan səfərinə böyük əhəmiyyət verir və, əsasən, energetika sahəsində əməkdaşlığın dərinləşəcəyinə ümid edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Olqa Qerovasili bildirib. Onun sözlərinə görə, görüşlərdə həmçinin turizm, mədəniyyət, kredit-maliyyə sahəsi, ticarət və iqtisadiyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Səfər zamanı baş naziri XİN rəhbəri, energetika, iqtisadiyyat və turizm nazirləri və digər rəsmi şəxslər müşayiət edəcək.

Qeyd edək ki, yanvarın 24-də Afina və Tehran arasında İran neftinin Yunanıstana tədarükünün bərpa olunmasına dair saziş imzalanıb. Neftin tədarükə başlanacağı vaxt hələlik məlum deyil.

Qeyd edək ki, İran Yunanıstana əsas neft tədarükçülərindən biri olub. Belə ki, 2011-ci ildə Yunanıstan İrandan gündəlik 100 min barel neft alıb. 2012-ci ildə Tehrana qarşı sanksiyalar tətbiq edildikdən sonra Afina İran neftindən imtina etməyə məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR