DİN-in “səyyar xidmət”i qərb bölgəsində 1061 nəfərə şəxsiyyət vəsiqəsi verəcək

DİN-in “səyyar xidmət”i qərb bölgəsində 1061 nəfərə şəxsiyyət vəsiqəsi verəcək
# 12 fevral 2016 07:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyinin “səyyar xidmət”i qərb bölgəsində 1061 nəfərə şəxsiyyət vəsiqəsi verəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkənin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

İşin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbirlər Göygöl, Tovuz və Qazax Rayon Polis şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.

Göygöl, Tovuz və Qazax rayonlarının Ermənistanla həmsərhəd bir sıra kəndlərində keçirilmiş səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi məqsədilə həmin bölgələrdə yaşayan ümumilikdə 1061 nəfərin sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR