Ucarda elektrovozda baş verən nasazlıq qatarların qrafikinə təsir edib

Ucarda elektrovozda baş verən nasazlıq qatarların qrafikinə təsir edib
# 27 may 2016 10:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda qatarların hərəkətində gecikmə baş verib.


“Azərbaycan Dəmri Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, buna Şəki istiqamətindən hərəkət edən qatarda yaranmış nasazlıq səbəb olub.

"Ucar rayonu ərazisində yerləşən Əlikənd stansiyasında elektrovozun təkərində yaranan texniki nasazlığa görə yol bağlanıb, ona görə də qatarların hərəkətində gecikmə olub. Elektrovoz qaldırıldıqdan sonra hərəkət bərpa olunub", - deyə N. Əzməmmədov bildirib.

N. Əzməmmədov əlavə edib ki, texniki nasazlığa görə, digər istiqamətdə hərəkət edən qatarların hərəkətində də gecikmələr olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR