Ötən il Azərbaycana tranzit məqsədilə gələn nəqliyyat vasitələrinin təqsirindən 105 sığorta hadisəsi baş verib

Ötən il Azərbaycana tranzit məqsədilə gələn nəqliyyat vasitələrinin təqsirindən 105 sığorta hadisəsi baş verib
# 14 yanvar 2016 08:52 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il ərzində Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinin təqsirindən 105 sığorta hadisəsi baş verib.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən xəbərə görə, 2015-ci il ərzində Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan NV-nin təqsirindən baş vermiş sığorta hadisələri üzrə qeydə alınmış sığorta tələbləri və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişləri (nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkələr üzrə) aşağıdakı kimi olub:

Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan və sığorta hadisəsi törətmiş nəqliyyat vasitələrinin 61-i yük, 28-i minik, 15-i qoşqu, 1-i isə avtobus kateqoriyasına aid olan nəqliyyat vasitəsi olub.

Baş vermiş 105 sığorta hadisəsindən yalnız biri sağlamlığa dəyən zərərlə bağlı qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR