Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 20 yanvar 2016 10:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 19-da saat 23 radələrində Suraxanı qəsəbəsində Bakı şəhər sakini Namiq Tağıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Nuranə Mahmudovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR