Lənkəran teatrı Beynəlxalq Fəcr Festivalına dəvət olunub

Lənkəran teatrı Beynəlxalq Fəcr Festivalına dəvət olunub
# 31 dekabr 2015 01:08 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasının paytaxtında keçiriləcək 34-cü Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunub.

Bu barədə məlumatı APA-nın cənub bürosuna teatrın direktoru Tofiq Heydərov verib.

Onun sözlərinə görə, İran Dram Sənətləri Baş İdarəsinin baş direktoru Mehdi Şəfii festivalda iştirak etməkdən ötrü dəvət məktubu göndərib:” 34-cü Fəcr Beynəlxalq Teatr Festivalı 2016-cı il yanvarın 5-dən 20-nə kimi Tehran şəhərində keçiriləcək. Bu nüfuzlu sənət yarışmasına bizim teatr İran yazıçısı Bəhram Bizayinin “İlan Sultan” tamaşası ilə qatılacaq. Dekabrın ortalarında premyerası keçirilən bu səhnə əsərini iranlı rejissor Xeyrullah Təğiyanipur tamaşaya hazırlayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR